RU EN

EDEM FITNESS & SPA

Hovuz

Su ilə müalicə uşaqlar və böyüklər üçün həmişə populyar olmuş, indi də populyar olaraq qalır. Bu, həmişə müsbət nəticə vermiş, gündəlik stresin və gündəlik işdəki gərginliyin aradan qaldırılmasında yardım etmişdir.

«Edem Fitness & Spa» fitnes mərkəzində ən təmiz su müştərilərin sərəncamına verilir.

Su aerobikası

Hal – hazırda su aerobikası öz sağlamlığını bərpa etmək, çəki salmaq və sağlam bədənə malik olmaq istəyənlər üçün ən effektiv vasitə hesab olunur. Su aerobikası sayəsində siz sellülitdən çox çevik şəkildə yaxa qurtara bilərsiniz.

Su aerobikası dərsləri venaların varikozu kimi xəstəlikləri olan şəxslərin qan damarlarını rahatlandıracaq və venada qanın axınını tənzimləyərək qan dövranını yaxşılaşdırır.

Su idman növü üzrə kvalifikasiyalı mütəxəssislər fərdi çalışmalar yerinə yetirməkdə və məşqlərdən maksimal nəticə əldə etməkdə sizə kömək edəcəklər.

Pilates

Pilates müasir gündə çox populyardır. Pilates koordinasiyanı inkişaf etdirir, rahatlığı artırır və incə, gözəl yeriməyi öyrədir. Pilates ən təhlükəsiz idman növlərindən biridir. Heç bir digər çalışma bədənə bu cür mülayim təsir göstərmir, belə ki, o həmçinin bədənin möhkəmləndirir.

Masaj

Masajın ümumi qan dövranına müsbət təsiri vardır, belə ki, masaj yerinə yetirilərkən arteriyalar vasitəsilə bədəndə qan dövranı yaxşılaşır və venalar vasitəsilə qan axını sürətlənir.

Bununla bərabər, müalicəvi masaj limfaların sirkulyasiyasını yaxşılaşdırır, bu, limfaların dövr etdiyi damarları rahat şəkildə boşaldır. «Edem Fitness & Spa» idman kompleksində müxtəlif masaj növləri təklif olunur: klassik, idman, sağlamlıq, rahatlandırıcı və banka.

Bizim təcrübəli masaj mütəxəssislərimiz qarşılaşdığınız çoxsaylı problemləri aradan qaldırmaqda və cənnət həzzi almaqda sizə kömək edəcəklər.

SPA-zona

«Edem Fitness & Spa» - əla SPA istirahəti üçün ideal məkandır.

Pilinq – dərini stratum corneum-un yuxarı hissəsindən təmizləyən çox vacib bir prosedurdur. Pilinq dərinin təzələnməsinə kömək edir və nəticədə dəri hamar, yumşaq və elastic olur. Pilinq dərinin texturasını və rəngini dəyişdirir, onu daha cavan, daha sağlam və daha cəlbedici göstərir.

Nəm buxarlı sauna

Nəm buxarlı saunada yaradılmış rahat atmosfer sizə vaxtınızı xoş keçirmək və yaxşıca qızınmaq imkanı verəcəkdir. Qızındıqdan sonra siz soyunub geyinmə otağında qabdan götürdüyünüz soyuq su altında sərinlənə bilərsiniz. Buxar saunasından sonra palıd ağacının budaqlarının rekreasiya qüvvəsini hiss edəcəksiniz. Onlar bədənə hərarət gətirir, onu masaj edir.

Fin Saunası

Fin saunası bədəndə olan çoxlu toksinləri və qeyri-saf maddələri xaric edir. Ağciyərlərimiz daha güclü işləməyə başlayır, ürək daha aktiv şəkildə qanı ötürür və bədəndə qan dövranı stimullaşdırılır ki, bu da ürək – dammar sisteminə müsbət təsir göstərir.

Türk Hamamı

Türk Hamamı özündə şərq mədəniyyətini ehtiva edir ki, bu, həm fiziki təmizlənməni təmin edir, həm də ruhən saflaşmanı bərpa edir. Siz özünüzü Şərqin öncül çalarları və harmoniya ilə dolu atmosferdə hiss edəcəksiniz ki, bu da insanın gücünü artıraraq və onun tam enerjisini bərpa edərək bədənə müsbət təsir göstərir.

Manikür və pedikür

Biz gözəl qadınları və yaraşıqlı oğlanları gözəllik və sağlamlıq dünyasına dəvət edirik.

«Edem Fitness & Spa» idman kompleksində siz peşəkar manikür və pedikür ustasının xidmətlərindən yararlana bilərsiniz. Öz bədəninizə qulluq edin. Manikür və pedikür size gözləyir.

Əvəzolunmaz xidmət, peşəkar ustalar və rahat atmosfer sizə rahatlanmaqda və vaxtınızı xoş keçirməkdə kömək edəcəkdir.

Fito-bar

Yaxşıca idmanla məşğul olduqdan sonra, nahar etmək yerinə düşər. Fito-bar sizə bir sıra yemək növləri təklif edir: salatlar, soyuq yeməklər, kokteyllər, soklar və xoş hisslər yaşadan geniş çeşiddə çaylar.

EDEM FITNESS & SPA

Bakının 1-ci mikrorayonunda yerləşən «Edem Fitness & Spa» idman kompleksi müştərilərinə şəhərin səs - küyündən kənarda sakit və rahat bir mühit təklif edir. Ziyarətçilərə müxtəlif müalicəvi masajlar və aparıcı istehsalçılardan alınmış idman avadanlıqları ilə təchiz olunmuş idman zalı təklif edilir.

«Edem Fitness & Spa» idman kompleksində siz vaxtınızı xoş keçirəcək və yaxşı istirahət edəcəksiniz.

Burada fitnes və SPA sahəsində mövcud olan ən qabaqcıl trendlər öz əksini tapmışdır: Türk hamamı, Fin saunası, nəm sauna, üzgüçülük hovuzu, aerobika zalı və idman zalı.

«Edem Fitness & Spa» özlərinə və sevdiklərinə parlaq çalarlar və unudulmaz istirahət bəxş etmək istəyən insanlar üçün yaradılmışdır. Kompleksin adından bəlli olduğu kimi, sizə burada cənnət həzzi və sehrli istirahət dünyası vəd edilir. Ruhunuzu və vücudunuzu oxşayacaq idmanla məşğul olmaq istəyirsinizsə, onda yeni idman rekreasiya kompleksi olan «Edem Fitness & Spa»-ya gəlin!

«Edem Fitness & Spa» şux SPA istirahəti üçün mükəmməl bir yerdir, əmin olun ki, siz buranı yeni ruhla və həyata yenidən başlayacaq tərzdə tərk edəcəksiniz.

Bunlarla yanaşı, kompleksimiz özlərinə və ailə üzvlərinə cənnət həzzi verən istirahət, parlaq çalarlar və unudulmaz istirahət bəxş etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

EDEM FITNESS & SPA

Ünvan: Asif Məhərrəmov küç., 20 , Bakı, AZ 1000
Telefon: (99412) 430-03-01/02 
E-mail: edembaku@gmail.com