RU EN

MEGACITY CLUB & SPA

Xidmət sahələri

"MEGACITY CLUB & SPA" ziyarətçilər üçün geniş çeşiddə xidmətlər təklif edir:

• İdman zalları
• Hovuz
• Masaj otağı
• Aerobika zalı
• Fito – bar
• Quru və nəm buxarlı saunalar
• Cakuzi
• Hidro-masaj hamamı
• SDM (Sualtı duş masajı )belin kompleks müalicəsinə aiddir:
Belin aşağı nahiyəsinin ağrısı, miozit .
• stilist xidmətləri
• Həkim – kosmetoloq
• Şəxsi məşqçi
• Manikür xidmətləri

MEGACITY CLUB & SPA

"MEGACITY CLUB & SPA" idman kompleksi 8 illik bir tarixə malikdir və ən müasir idman – istirahət mərkəzlərindən biridir. Idman kompleksi ən son avadanlıqlarla təchiz edilmişdir. 

Kompleksdə kişilər və qadınlar üçün iki idman zalı fəaliyyət göstərir. Kişilər və qadınlar üçün nəzərdə tutulmuş qurğular dünyanın fitnes sənayesində ən son texnologiyalara əsaslanan idman avadanlıqlarından ibarətdir. Qadınların fitnes zalında bir sıra qurğular vardır ki, onlar budlar, arxa nahiyə və ayaqlar üçün faydalı olmaqla xüsusi olaraq qadınlar üçün nəzərdə tutulmuşdur. Onların köməyi ilə sizin bədəniniz mükəmməl olacaq. Kişi idman zalında fiziki gərginliklə yanaşı stolüstü tennis də oynamaq mümkündür. Zalda temperatur yayda 22° C , qışda isə 24° C  təşkil edir. 

Aerobika, pilates, qimnastika və rəqs üçün ayrıca yaradılmış güzgülü zal ən yüksək texniki tələblərə cavab verir və məşqlərin keçirilməsi üçün tam təchiz olunmuşdur. Effektiv məşq etmək üçün hər hansı digər avadanlıqlar sərəncamınızda olacaqdır: addim platformaları, müxtəlif çəkili qantellər, məşq üçün döşəklər, toplar və hoppanma vasitəsi. 

20 metr uzunluğunda və 6 metr enində rahat üzgüçülük hovuzu xüsusi təmizləyici sistemlə təchiz olunmuşdur ki, bunun vasitəsilə su şəffaf və təmiz olur və dünya standartlara uyğun temperatur 27° C  - 28° C -yə çatır. Üzgüçülük hovuzunun yaxınlığında cakuzi vardır, onun suyu gündə bir dəfə tamamilə boşaldılır və həmin su davamlı olaraq filter sistemindən keçərək təmizlənir. Suyun temperature 36° C  təşkil edir. 

"MEGACITY CLUB & SPA" kompleksi həm kişilər, həm də qadınlar üçün nəm və quru saunalar təklif edir. Quru saunada temperature 90° C  - 95° C , nəm saunada isə 50° C  - 45° C  təşkil edir. 

"MEGACITY CLUB & SPA"-da yerləşən fito bar müxtəlif çeşiddə işkilər təklif edir. Təbii şirələr, müxtəlif növ çaylar, bədəni toksinlərdən təmizləmək üçün istifadə olunan möhkəmləndirici və sakitləşdirici vasitələr. 

Kompleksdə kvalifikasiyalı personal xidmət göstərir və müəyyən olunmuş bütün tələblər təmin olunur. Trenerlərimiz Bakı və Azərbaycan çempionlarıdır, eləcə də MDB və Avropa turnirlərinin qalibləridir. Məşğələlər həm müstəqil şəkildə, həm də yüksək kvalifikasiyalı müəllimin şəxsi rəhbərliyi altında aparıla bilər. 

Idman kompleksinin ərazisində stolüstü tennis, benç = press və uşaqlar üçün üzgüçülük yarışları keçirilir. 

Kompleksdə masaj otağı fəaliyyət göstərir. Təcrübəli masaj mütəxəssisləri – öz peşələrinin əsl ustaları çox geniş çeşiddə müxtəlif masaj üsulları və ən yaxşı masaj kosmetikasından istifadə edərək bir sıra əlavə xidmətlər təklif edirlər. 

SDM (sualtı duş masajı) belin kompleks müalicəsinin tərkib hissəsidir: Belin aşağı nahiyəsinin ağrıları və myositis. Bu, həmçinin dərialtı piyin parçalanmasını stimullaşdırır. 

"MEGACITY CLUB & SPA" eyni zamanda stilist, dırnaqların formaya salınması və dizaynı və kosmetoloq xidmətləri təklif edir.

Biz işləyirik, siz dincəlirsiniz!

 

MEGACITY CLUB & SPA