
Xidmətlər sahəsi
1,200 kvadrat metrdən çox sahədə yerləşən geniş idman zalı, üzgüçülük hovuzu, cakuzi, uşaqlar üçün hovuz və fito bar yerləşmişdir. Ən son texnologiya ilə təchiz edilmiş şəffaf və təmiz suyu olan rahat üzgüçülük hovuzu sizi rahatlandıracaq, stresinizi götürəcək və əhvalınızı yaxşılaşdıracaqdır.
"Royal Club Fitness & Spa"-da yerləşən hovuz şəhərdə bir neçə bu cür hovuzlardan biridir və xüsusi olaraq intensiv su aerobikası üçün nəzərdə tutulmuşdur.
"Royal Club Fitness & Spa" kompleksində siz həmçinin cakuzi xidmətlərindən istifadə edə bilərsiniz. Cakuzidə çimmək bədəninizə profilaktik və müalicəvi təsir göstərəcək, sizə yaxşı əhval ruhiyyə bəxş edəcək və həyat qabiliyyətinizi yüksəldəcəkdir.
Sağlamlıq mərkəzinə fitnes zalının iki simulyatoru daxildir – onlar xüsusi olaraq qadın və kişilərin məşq etməsi üçün hazırlanmışdır, eləcə də aerobika və pilates üçün geniş zal fəaliyyət göstərir.
“Royal Club Fitness & Spa”-nın idman zalı
dünyanın aparıcı istehsalçılarından alınmış ən müasir avadanlıqlarla təchiz olunmuşdur, bu məhsullar mümkün ən qısa zaman ərzində maksimal nəticələrə nail olmağa imkan verir.
Lyuks sinfinə aid prosedurlar cavanlaşmadan tutmuş dərinin qocalmasına qarşı tədbirlər və daş terapiyası (isti daşlarla masaj), maskaların tətbiqini əhatə edir. Bu xidmətlər 4 müalicə otağında həyata keçirilir, türk hamamı, fin saunası, buxar otağı, qadın və kişilərin spa zonasında fito barlar fəaliyyət göstərir.
Masajın şəfaverici faydası hamıya yaxşı məlumdur. Əsrlər boyu masaj bir çox ölkələrdə müalicə vasitəsi kimi istifadə olunmuşdur.
Masaj qan dövranını yaxşılaşdırır, gərginliyi azaldır və əsəbi sakitləşdirir, tər vasitəsilə bədəndən toksinlərin çıxarılmasına kömək edir.
"Royal Club Fitness & Spa" kompleksinin peşəkar masaj həkimləri müştərilərə geniş çeşiddə masaj növləri təklif edir.
"Royal Club Fitness & Spa"
eyni zamanda gözəllik salonu işlədir ki, burada uzun təcrübəyə malik peşəkar həkim – kosmetoloqlar müxtəlif estetik prosedurlar həyata keçirirlər.
idmanla məhsuldar şəkildə məşğul olduqdan sonra "Royal Club Fitness & Spa"
sizə fito bara baş çəkməyi təklif edir, belə ki, siz orada təbii şirə sifariş edə, istirahət edə və gücünüzü bərpa edə bilərsiniz.