BİZİM KLUBLARIMIZ

EDEM FITNESS & SPA

Bakının 1-ci mikrorayonunda yerləşən «Edem Fitness & Spa» idman kompleksi müştərilərinə şəhərin səs - küyündən kənarda sakit və rahat bir mühit təklif edir.

DAHA ƏTRAFLI
ROYAL CLUB FITNESS & SPA

“Royal Club Fitness & Spa”, lyuks yaşayış kompleksi Green Park-da yerləşir və bədənə qulluq üçün bir sıra xüsusi müalicə üsulları, masajlar və idman növlərini şəhərin səs-küyündən kənarda, rahat bir mühitdə təklif edir.

DAHA ƏTRAFLI
AQUAPARK FITNESS & SPA RECREATION

"Aqua Park fitness & Spa" idman kompleksi 2000-ci ilin mayında fəaliyyətə başlamışdır. Kompleks fəaliyyətinin ilk günlərindən müştərilərə yüksək səviyyəli xidmət göstərməyə səy göstərmişdir.

DAHA ƏTRAFLI
MEGACITY CLUB & SPA

"MEGACITY CLUB & SPA" idman kompleksi 6 illik bir tarixə malikdir və ən müasir idman – istirahət mərkəzlərindən biridir. Idman kompleksi ən son avadanlıqlarla təchiz edilmişdir.

DAHA ƏTRAFLI
26 / 09 / 2013

“Manufaktura” kosmetikası bizim spa mərkəzlərimizdə

Sizə “Manufaktura” təbii kosmetikasını almaq üçün xüsusi mağazalara getməyə ehtiyac yoxdur. «MegaCityClub &Spa» və «Royal Club Fitness&Spa» ziyarətçilərinə məşhur çex firmasının keyfiyyətli kosmetikasını almaq imkanı bəxş edir.

«MegaCityClub &Spa» və «Royal Club Fitness&Spa»  çex istehsalçılarının ən yaxşı kosmetika nümunələrinin təqdim olunduğu “Manufaktura” Şirkətinin stendi qurulub. Burada müxtəlif kremlər, balzamlar, gellər, losyonlar, duzlar, yağlar və s. tapmaq olar.

““Manufaktura” Şirkətinin nümayəndələri bizə təkliflə müraciət edərək, məhsullarından ibarət stendi mərkəzimizdə qurmaq istəklərini bildirdilər. Biz dərhal razılaşdıq, çünki “Manufaktura” kosmetikasının keyfiyyətindən və səmərəliliyindən əminik. Təbii komponentlərdən yaradılan bu kosmetika həm kişilər, həm də qadınlar üçündür və biz, məmnuniyyətlə, SPA prosedurlarımızda onlardan istifadə edirik”, – “Royal Club”un PR meneceri Sevil Qadibəyova qeyd edir.

“Manufaktura” təbii çex kosmetikası Avropada kurort istirahəti və SPA prosedurlarına əsl üstünlük verənlərin arasında çoxdan məşhurdur. Yüksək hazırlanma keyfiyyəti, ən yüksək kosmetika standartlarına riayət, təbii inqrediyentlər, əl işi və qədim ənənələr bu kosmetikanı nadir və həmişə tələb olunan edir.

“Manufaktura” kosmetikası Karlovı-Varıda həkimlər və kurort-sanatoriya müalicəsi mütəxəssisləri ilə birlikdə istehsal edilir.

Bu kosmetikanın əsas üstünlükləri aşağıdakılardır:

qədim ev reseptləri ilə hazırlanan kosmetik vasitələr;

müalicəvi inqrediyentlərin saxlanılmasının ən müasir texnologiyaları;

yalnız yüksək keyfiyyətli təbii tərkib hissələrindən istifadə;

müalicəvi bitkilərin cövhərlərindən sıxmalar və sehirli ətirlər;

“Manufaktura”nın üslublu, xüsusi işlənmiş qablaşdırması kosmetikanın tərkibindəki vitaminlərn və mikroelementlərin saxlanılmasına kömək edir.

Evdə SPA kurort təşkil etmək istəyənlərə«MegaCityClub &Spa» и «Royal Club Fitness&Spa»  da “Manufaktura” çex istehsalçısının kosmetikasını almağı və yüngüllük, sakitlik hissindən zövq almağı məsləhət görürük.