RU

BİZİM KLUBLARIMIZ

EDEM FITNESS & SPA

Bakının 1-ci mikrorayonunda yerləşən «Edem Fitness & Spa» idman kompleksi müştərilərinə şəhərin səs - küyündən kənarda sakit və rahat bir mühit təklif edir.

DAHA ƏTRAFLI
ROYAL CLUB FITNESS & SPA

“Royal Club Fitness & Spa”, lyuks yaşayış kompleksi Green Park-da yerləşir və bədənə qulluq üçün bir sıra xüsusi müalicə üsulları, masajlar və idman növlərini şəhərin səs-küyündən kənarda, rahat bir mühitdə təklif edir.

DAHA ƏTRAFLI
AQUAPARK FITNESS & SPA RECREATION

"Aqua Park fitness & Spa" idman kompleksi 2000-ci ilin mayında fəaliyyətə başlamışdır. Kompleks fəaliyyətinin ilk günlərindən müştərilərə yüksək səviyyəli xidmət göstərməyə səy göstərmişdir.

DAHA ƏTRAFLI
MEGACITY CLUB & SPA

"MEGACITY CLUB & SPA" idman kompleksi 6 illik bir tarixə malikdir və ən müasir idman – istirahət mərkəzlərindən biridir. Idman kompleksi ən son avadanlıqlarla təchiz edilmişdir.

DAHA ƏTRAFLI
27 / 09 / 2013

“Megacity Сlub & Sра” İdman – Sağlamlıq Mərkəzində yeni massaj növləri

“Megacity Сlub & Sра” İdman – Sağlamlıq Mərkəzində yeni massaj növləri  çox sərfəli qiymətlərlə tətbiq olunmağa başlayır. Belə ki, məsələn, balla massajın qiyməti 5 Azn təşkil edir. Sabunla massaj isə - 10 Azn.

“Megacity Сlub & Sра” həmçinin ziyarətçilərini bədən üçün skrabların böyük çeşidi ilə sevindirir.

Müştərilərin seçiminə aşağıdakı skrab növləri təklif olunur: kofeli sellülitə qarşı, yulaflı dartıcı, şokoladlı, zəncəfilli – mixəkli, canlandıran, otla müalicəvi, gilli dartıcı, “gül yağı” skrabı, dəniz duzu ilə sellülitə qarşı skrab, istiləndirən xardallı skrab, düyü ilə cavanlaşdırıcı skrab, “süd və bal” skrabı.

Onların hamısı zeytun yağı əlavə olunmaqla, təbii komponentlərdən hazırlanır. Skrabların tətbiqi ilə massajın dəyəri 6-7 dəqiqəyə görə 5 Azn təşkil edir.

Hər dəri növü üçün öz skrabı tövsiyyə olunur. Tərkibindən asılı olmayaraq, bütün skrabların ümumi xüsusiyyəti, onların dərini yeniləndirmələrində, ölü buynuz hüceyrələrindən, çirklənmələrdən təmizləmələrində, cavanlaşdırmalarında, dartılmış və parlaq etmələrindədir.

“Megacity Сlub & Sра” gözəl, yaxşı qulluq olunmuş dəriyə malik olmaq istəyənlərə bu cəhdlərində kömək etməyə hazırdır.